"Nottingem"də ayrılıq
"Nottingem Forest"in ingiltərəli futbolçusu Morqan Gibbs-Vayt "Arsenal"ın maraq dairəsinə düşüb.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Gibbs-Vayt "Nottingem"dən ayrılmaq istəyir.
25 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, Gibbs Vayt cari mövsüm çıxış etdiyi 38 matçda 7 qol 10 asistlə yadda qalıb.