"Nou Kamp"ın tribunaları sökülür
Barselonada "Nou Kamp" stadionunun yenidənqurulma işləri davam edir.
Sportline.az xəbər verir ki, artıq arenanın tribunaları sökülür.
Qeyd edək ki, "Barselona" 2024-cü ilədək oyunlarını Olimpiya stadionunda keçirəcək.
Yeni "Nou Kamp"ın tutumu 99 354 nəfərdən 106 min nəfərədək artacaq.
Təmir işlərinin büdcəsi 1,5 milyard dollardlr.