Nunyes İtaliya klubuna transfer olmaq niyyətindədir

"Liverpul"un uruqvaylı forvardı Darvin Nunyes klubdan ayrılmaq istəyir.

Sportline.az "Football İtalia"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu "Napoli"yə transfer olmaq niyyətindədir.

Bu keçid üçün Mersisayd klubu ən azı 45 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Nunyesin "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.