Nunyes “Napoli”yə keçə bilər

“Napoli”nin transfer hədəfi: Darvin Nunyes prioritetlər sırasında.

Sportline.az xəbər verir ki, İtaliyanın “Napoli” klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün “Liverpul”un forvardı Darvin Nunyesi əsas hədəflərindən biri kimi müəyyənləşdirib.

Bu barədə tanınmış transfer mütəxəssisi Fabritsio Romano məlumat yayıb.

25 yaşlı uruqvaylı futbolçunun adı uzun müddətdir ki, transfer şayiələrində hallanır və “Napoli” onun transferində ciddi maraqlıdır.