"Nyukasıl" İspaniya klubuna elçi düşüb
"Real Betis"in futbolçusu Abde Ezzalzuli karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Nyukasl" sözügedən sol cinah vingerini heyətinə qatmaq istəyir.
Bu haqda "Diario Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, 24 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 43 matçda 15 qol, 13 asistlə yadda qalıb.