"Nyukasl" 100 milyon avro tələb edir
Sandro Tonali "Nyukasl"dan ayrılmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted", "Mançester Siti" və "Arsenal" italiyalı futbolçu üçün hərəkətə keçib.
"Team Talk"un yaydığı məlumata görə, "Nyukasl" Tonali üçün 100 milyon avro tələb edir.
Qeyd edək ki, 26 yaşlı oyunçu İtaliyaya qayıtmaq istəyir.