"Nyukasl" "Dortmund"da elçi düşüb

"Borussiya Dortmund"un ingiltərəli futbolçusu Ceymi Gittens "Nyukasl Yunayted"in transfer hədəfindədir.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Nyukasl Yunayted" Ceymi Gittens üçün mövsümün sonunda rəsmi təklif göndərəcək.

20 yaşlı vingerin "Dortmund"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Gittens bu mövsüm çıxış etdiyi 47 matçda 12 qol 5 məhsuldar ötürmə müəllifi olub.