"Nyukasl" "Mançester Yunayted"dən 100 milyon avro tələb edir

"Mançester Yunayted" heyətinə yeni yarımmüdafiəçi transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, əsas hədəf Sandro Tonalidir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

"Nyukasl"ın rəhbərliyi italiyalı futbolçu üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, "Mançester Yunayted" bu məbləği qarşı tərəfə ödəməyə hazırdır.