"Nyukasl" "Vest Hem"ə elçi düşüb
"Nyukasl Yunayted"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Vest Hem"in qanalı futbolçusu Mohamed Kuduz "Nyukasl"ın əsas transfer hədəfinə çevrilib.
24 yaşlı sağ cinah vingeri üçün London klubu 80 milyon avro tələb edir. O, cari mövsüm çıxış etdiyi 35 matçda 5 qol 4 asistlə yadda qalıb.
Qeyd edək ki, M.Kuduzun "Vest Hem Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.