"Nyukasl Yunayted" brazilyalı futbolçu ilə yola davam edəcək

"Nyukasl Yunayted" brazilyalı futbolçusu Joelintonla yola davam edəcək.

Sportline.az jurnalist Aleks Krokun məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu Joelintonu satmaq niyyətində deyil.

Klub oyunçuya yeni müqavilə təklif edəcək. 28 yaşlı yarımmüdafiəçinin "Nyukasl"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Joelintonla Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanır.