"Nyukasl"dan ayrılmaq istəyir - Yeni dayanacaq Mançester şəhəri ola bilər
"Nyukasl"dan ayrılmaq istəyən Luyis Hollun adı "Mançester Yunayted"lə hallanır.
Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.
21 yaşlı sol cinah müdafiəçisinin transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, L.Holl bu mövsüm meydana çıxdığı 47 oyunda 1 qol, 2 asistlə yadda qalıb.