"Nyukasl"dan Qriliş həmləsi

"Mançester Siti"nin ingiltərəli futbolçusu Cek Qriliş "Nyukasl Yunayted"in transfer hədəfinə çevrilib.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Qriliş "Mançester Siti"dən ayrılmaq niyyətindədir.

29 yaşlı futbolçunun transfer qiyməti 35 milyon avrodur.

Qeyd edək ki, Cek Qriliş ötən mövsüm çıxış etdiyi 32 matçda 3 qol 5 asistlə yadda qalıb.

Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Cek Qriliş "Mançester Siti"yə 2021-ci ilin yayında "Aston Villa"dan 117.5 milyon avro qarşılığında transfer olmuşdu.