“Nyukasl”ı “Mançester Yunayted”ə dəyişir
"Nyukasl Yunayted"in italiyalı futbolçusu Sandro Tonali karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Mançester klubu Tonali üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.
25 yaşlı futbolçunun "Nyukasl Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Sandro Tonali cari mövsüm çıxış etdiyi 43 matçda 6 qol 3 asistlə yadda qalıb.