On oyun üçün 1 milyon dollar bonus aldı

MXL dünyanın ən bahalı yarışlarından biri sayılır.

Sportline.az xəbər verir ki, buna "Vaşinqton Kepitalz"ın hücumçusu Maks Pasiorettinin 10 oyun üçün aldığı 1 milyon dollar bonusu misal göstərmək olar.

"Daily Faceoff"un yaydığı məlumata görə, təcrübəli xokkeyçi bu mövsüm keçirdiyi cəmi 10 oyuna sərvətini daha 1 milyon artırıb.

Qeyd edək ki, bu, idmançının klubla iyul ayında bağladığı müqaviləyə əsasən reallaşıb.

Həmin anlaşmanın şərtlərinə görə, Maks mövsümdə minimum 10 oyuna çıxacağı halda, daha 1 milyon dollar qazanacaqdı.

Qeyd edək ki, məşhur xokkeyçi cari mövsümdə meydançaya çıxdığı 10 oyunda 1 bir qol və 5 məhsuldar ötürmə müəllifidir.