Osimhen “Əl-Hilal” klubu ilə anlaşıb
Ötən mövsümü "Qalatasaray"da icarə əsasında keçirən nigeryalı forvard Viktor Osimhen karyerasını "Əl-Hilal"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
"Əl-Hilal" klubu Osimhenlə ilkin razılıq əldə edib.
Qeyd edək ki, 26 yaşlı futbolçu müqavilə əsasında "Napoli"yə məxsusdur.