Osimhen İtaliya nəhənginin təklifini qəbul etməyib

İcarə əsasında “Qalatasaray”da forma geyinən Viktor Osimhenin növbəti mövsümə harada başlayacağı hələ də sual altındadır.

Sportline.az xəbər verir ki, nigeriyalı hücumçuya xeyli təklif gəlməkdədir.

İtaliya mətbuatında yayılan xəbərlərə görə, onun xidmətində maraqlı olan “Yuventus” istəyinə çatmayıb.

Müqavilə ilə “Napoli”yə məxsus 26 yaşlı forvard turinlilərin təklifini qəbul etməyib.

O, seçimində Çempionlar Liqası amilinin əsas rol oynayacağını bildirib.

Qeyd edək ki, Osimhen Səudiyyə Ərəbistanından gələn gözqamaşdırıcı təklifləri də bu səbəbdən geri çevirib.