Osimhen qitə nəhənginin hədəfində
Viktor Osimhenin "Napoli" ilə münasibətlərinin korlanması "Real"ı hərəkətə gətirib.
Sportline.az "Sky Sports"a istinadla xəbər verir ki, madridlilər bu məsələnin gedişatını diqqətlə izləməkdədirlər.
Klubun məlum video paylaşımında ələ salındığını əsas gətirərək məhkəməyə müraciət edəcəyini açıqlayan forvardın "Napoli"dən ayrılma ehtimalı "Real" rəsmilərini mümkün transferə şirnikləndirib.
Onlar qış transfer dönəmində keçidi rəsmiləşdirmək niyyətindədirlər.
Qeyd edək ki, "Real"la yanaşı, "Çelsi" və Səudiyyə Ərəbistanı klubları da Osimhenin xidmətində maraqlıdırlar.