Osimhenin yeni ünvanı bilindi

"Qalatasaray"ın 25-ci çempionluğunda mühüm rol oynayan Viktor Osimhen gələcəyinə aydınlıq gətirilməkdədir.

Sportline.az xəbər verir ki, mövsümü icarə əsasında İstanbul nəhəngində keçirən nigeriyalı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək niyyətindədir.

Görünür, "Əl-Hilal"ın təklif etdiyi gözqamaşdırıcı təklif məsələdə həlledici məqam olub.

Türkiyə mətbuatında yayılan xəbərlərdə 26 yaşlı forvardın klub prezidenti Fahad bin Nafelə ilkin razılıq verdiyi bildirilir. 

Qeyd edək ki, "Əl-Hilal" Osimhenə 3 illik müqavilə təklifi ünvanlayıb.