Özü oyunda olan futbolçunun evi qarət edildi

"Barselona"nın futbolçusu Jül Kundenin evi qarət olunub.

Sportline.az xəbər verir ki, hadisə futbolçu La Liqanın 22-ci turunun "Vilyarreal"a qarşı oyununda (3-5) olarkən yaşanıb.

"RAC1"in yaydığı məlumata görə, oğrular fransalı futbolçunun Sicesdəki evini qarət ediblər.

Qeyd edək ki, bu cari ildə Kundenin başına gələn ikici analoji hadisədir.