Palestra "İnter"i seçdi

"Kalyari"nin futbolçusu Marko Palestra yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, "Nyukasl" və "İnter" 21 yaşlı oyunçunu heyətinə qatmaq üçün yarışa girib.

İnsayder Fabrizio Romanonun məlumatına görə, Palestra "nerazurri"yə keçmək niyyətindədir.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm meydana çıxdığı 37 matçda 1 qol, 4 asistlə yadda qalıb.

Banner