"Palmeyras" kolumbiyalı futbolçu üçün 85 milyon avro tələb edir

"Nottingem Forest" "Palmeyras"ın kolumbiyalı futbolçusu Riçard Riosu heyətinə qatmaq istəyir.

Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, Brazilya klubu Rios üçün 85 milyon avro tələb edir.

25 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin dekabr ayının 31-nə qədərdir.

Qeyd edək ki, Rios ötən mövsüm çıxış etdiyi 31 matçda 4 qol 2 asistlə yadda qalıb.