"Parma"nın sükanı arxasına keçə bilər

İtaliyanın "Parma" klubu baş məşqçi postu üçün gözlənilməz variant tapıb.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, bir neçə mötəbər mənbənin məlumatına görə, “sarı-göylər”ə Karlos Kuesta başçılıq edəcək. Əvvəllər ispaniyalı Mikel Artetanın məşqçilər korpusunda idi.

Qeyd olunur ki, Kuesta son 86 ildə İtaliyanın elit divizionunda ən gənc məşqçi olacaq. Karlosun 29 yaşı var.

Mütəxəssis futbol  karyerasına 23 yaşında “Yuventus”da Massimiliano Alleqrinin məşqçilər korpusuna qoşularaq başlayıb.