Parti İtaliyaya gedir

"Arsenal"ın qanalı yarımmüdafiəçisi Tomas Parti mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Yuventus" Partini azad agent kimi heyətinə qatmağı düşünür.

31 yaşlı futbolçu "Arsenal"dan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.

Qeyd edək ki, Parti 2020-ci ilin yayından London klubunda çıxış edir.