Patrik Andrade “Qarabağ”dan ayrılıb

"Qarabağ" Patrik Andrade ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, kabe-verdeli yarımmüdafiəçi 2020-ci ildən 2022-ci ilin may ayına qədər "Qarabağ"da çıxış edib. Sonra o, Serbiyanın "Partizan" klubuna keçib. Lakin Andrade 2023-cü ilin yayında yenidən Ağdam klubuna qayıdıb.

"Köhlən-atlar" bu gün əlcəzairli futbolçusu Yassin Benzia ilə də vidalaşdığını açıqlayıb.