Paytaxt klubunun hədəfi bilindi
"Atletiko" müdafiə xəttini gücləndirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, madridlilər bu məqsədlə Fransaya üz tutublar.
Paytaxt klubu "Nitsa"nın futbolçusu Jan-Kler Todibonu transfer etməyi planlaşdırır.
"Footmercato"nun məlumatına görə, bu keçid yay transfer pəncərəsində reallaşa bilər.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi bu mövsüm 27 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun transfer dəyəri 35 milyin avro kimi qiymətləndirilir.