Pepe "Beşiktaş"da
Madrid "Real"ı ilə yollarını ayıran Pepenin yeni klubu müəyyənləşib. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı ulduz karyerasını Super Liqada davam etdirəcək.
Müdafiəçinin "Beşiktaş"la razılığa gəldiyi bildirilir.
PSJ-nin 1 illik müqavilə təklifini qəbul etməyən 34 yaşlı futbolçuya türklər ilinə 5 milyon avro maaş olmaqla 2+1 illik anlaşma təklif ediblər. 4 saat çəkən görüşdə təklifə müsbət cavab verən Avropa çempionu “ağ-qaralar”la ilkin razılıq əldə edib.
Tərəflər bu gün axırıncı dəfə bir araya gəlib, keçiddə son nöqtəni qoyacaqlar. Gün ərzində isə rəhbərliyin Pepe ilə birlikdə İstanbula qayıtması gözlənilir. Futbolçu “Vodafon Arena”nı və klubun bazasını gəzdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, 2007-ci ildən bəri “Real”ın formasını geyinən Pepe 10 il ərzində “kral klubu”nun heyətində 334 matçda iştirak edib, 15 qola imza atıb.