Pike kuryoz hadisə ilə üzləşib

"Barselona" klubunun sabiq futbolçusu Jerar Pikenin başına xoşagəlməz hadisə gəlib.

Sportline.az xəbər verir ki, məşhur futbol ulduzu İspaniyada qatıldığı futbol turnirinin açılışında iki metrlik hündürlükdən yıxılıb.

O, tədbirdən sonra avtoqraf paylamaq üçün azarkeşlərə yaxınlaşarkən telefona aludə olduğundan bu vəziyyətlə üzləşib.

Pike səhnə və tamaşaçı zalının arasındakı boşluğa yıxılıb.

Mundo Deportivo nəşrinin yaydığı məlumata görə Pike ciddi xəsarət almayıb.