Portuqaliya yaşıl rəngə büründü

Portuqaliya Çempionatında 2024-25-ci illər mövsümünə yekun vurulub.

Sportline.az xəbər verir ki, 34-cü turda öz meydanında "Vitoriya de Gimarayeş"i məğlub edən "Sportinq" çempionluğunu rəsmləşdirib.

"Sportinq" 2:0 "Vitoriya de Gimarayeş"

Qollar: Pedro Qonçalveş, 55, Viktor Gyökeres, 82

Qeyd edək ki, "Sportinq" tarixində 21-ci çempionluğunu yaşayıb.

Ən yaxın izləyicisi "Benfika" isə mövsümü 80 xalla başa vurub.