Prezident idmana ayırdığı vaxtı açıqlayıb

Rusiya Federasiyasının prezidenti Vladimir Putin idmana olan marağı ilə bağlı sualı cavablandırıb.

Sportline.az xəbər verir ki, o, Kremlin saytına açıqlamasında hər gün idmanla məşğul olduğunu bildirib.

"Əlbəttə ki, idmana vaxt ayırırıam. Hər gün minimum iki saat idmanla məşğul oluram. Bir qədər çox da olur. Çünki orada həm zal, həm də hovuz var", - deyə Putin suala cavab verib.

Qeyd edək ki, 71 yaşlı siyasətçi idmanın cüdo növü ilə peşəkar səviyyədə məşğul olub.