Prosineçki komandasını gücləndirir

Ötən həftə “Kayserispor”a baş məşqçi təyin edilən milllimizin sabiq çalışdırıcısı Robert Prosineçki komandaya 3 yeni futbolçu cəlb edib.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunlar məlum əsgər salamına görə Almaniyanın “Sankt-Pauli” klubundan göndərilən türk futbolçu Cenk Şahin, Xorvatiyanın “Rijeka” klubundan Zoran Kvrziç və Çexiyanın “Mlada Boleslav” klubundan Muris Mesanoviçdir. C. Şahin və Mesanoviçlə  6 aylıq, Kvrziçlə 2.5 illik müqavilə imzalanıb. Hər üç futbolçu komandanın Antalyadakı təlim-məşq toplanışına qatılıb.

Qeyd edək ki, “Kayserispor” 10 xalla turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.