Prosineçki razılıq verdi

Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki 2012/2013-cü illərdə çalışdığı "Kayserispor"a dönmək üzrədir.

Sportline.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bununla bağlı ilkin razılığa gəlib.

Türkiyə mətbuatında yayılan məlumata görə, Bülənt Uyğunu istefaya göndərən Superliqa təmsilçisi xorvatiyalını yola gətirməyi bacarıb.

Prosineçkinin xidmətində "Kayserispor"un prezidenti Berna Gözbaşın şəxsən maraqlı olduğu bildirilir.