PSJ Barkola ilə bağlı qərar verib

"Paris Sen-Jermen" fransalı futbolçusu Bredli Barkola ilə bağlı qərar verib.

Sportline.az "Foot Mercato"ya istinadən xəbər verir ki, Paris klubu Barkolanı satmaq niyyətində deyil.

22 yaşlı futbolçunun PSJ ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Barkola ilə "Liverpul" və "Bavariya" yaxından maraqlanır.

O, ötən mövsümü 58 matçda 21 qol 19 asistlə tamamlayıb.

Xatırladaq ki, Barkolanın transfer qiyməti 70 milyon avrodur.