PSJ-dən "Bormunt"a təklif var

"Paris Sen-Jermen" bu yay yeni mərkəz müdafiəçisi transfer edəcəklərini açıqlayıb.

Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, Paris klubu "Bormunt"un ukraynalı stoperi İlya Zabarnini heyətinə qatmağı planlaşdırır.

İngiltərə klubu 22 yaşlı futbolçu üçün 59 milyon avro tələb edir.

Qeyd edək ki, Zabarni ötən mövsüm çıxış etdi 39 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, İlya Zabarni "Bormunt"a 2023-cü ilin yanvar ayında "Dinamo Kyev"dən 22.7 milyon avro qarşılığında transfer olmuşdu.