PSJ Donnarumaya yeni müqavilə təklif edib

"Paris Sen-Jermen" italiyalı qapıçısı Canluici Donnarumaya yeni müqavilə təklif edib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Paris klubu Donnarumanı satmaq niyyətində deyil.

26 yaşlı kiperin klubla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Donnaruma ötən mövsüm meydana çıxdığı 41 matçda qapısında 39 top görüb.