PSJ-ni "Napoli"yə dəyişə bilər

"Paris Sen-Jermen"in cənubi koreyalı futbolçusu Kanq-in Li "Napoli"nin maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Relevo" nəşri məlumat yayıb.

İtaliya klubunun rəhbərliyi 24 yaşlı futbolçunun meneceri ilə danışıqlar aparır.

Qeyd edək ki, Kanq Li bu mövsüm meydana çıxdığı 45 matçda 6 qol 6 asistlə yadda qalıb.