PSJ-nin futbolçusu “Fənərbağça”nın radarındadır

"Fənərbağça"nın yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Daily Mercato"ya istinadən xəbər verir ki, PSJ-nin cənubi koreyalı futbolçusu Kanq Li "Fənərbağça"nın transfer siyahısında yer alıb.

24 yaşlı sağ cinah vingerinin Paris klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Kanq Linin transfer qiyməti 25 milyon avro olaraq təyin olunub.