Qabriel Jesus "Everton"un radarına düşüb
Mövsümün sonunda "Arsenal"dan ayrılacağı gözlənilən Qabriel Jesus "Everton"un transfer hədəfinə çevrilib.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, London klubu brazilyalı forvard üçün 20 milyon avro tələb edir.
"Everton"un baş məşqçisi Devid Moyes Jesusun transferinin rəhbərliktən xahiş edib.
Qeyd edək ki, Q.Jesusun meneceri Mersisayd təmsilçisi ilə danışıqlara başlayıb.