"Qalatasaray" 4 qol buraxsa da, yarımfinala adladı

Türkiyə Kubokunda 1/4 final mərhələsinin görüşləri davam edir.

SportLine.az xəbər verir ki, növbəti oyun günündə yarışın favoritlərindən "Qalatasaray" meydana çıxıb. Səfərdə "Hatayspor"la qarşılaşan "cim-bom" meydanı məğlub tərk edib - 2:4.

İlk görüşdə 2:0 hesablı qələbə qazanan İstanbul təmsilçisi yarımfinala adlayıb.

Bu gün keçiriləcək növbəti matçda "Göztəpə" "Yeni Malatyaspor"u qəbul edəcək.

Qeyd edək ki, Yarımfinala ilk vəsiqəni "Trabzonspor"u məğlub edən "Ümraniyespor" qazanıb.