"Qalatasaray" "Barselona"nın qapıçısı ilə maraqlanır
Fernando Muslera ilə yolları ayrılan "Qalatasaray" qapıçı axtarışındadır.
Sportline.az xəbər verir ki, istanbullular bu məqsədlə İspaniyaya da üz tutublar.
Söhbət "Barselona"nın qolkiperi İnyaki Penyadan gedir.
"Cim Bom" bu futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, son mövsümdə 23 oyunda meydana çıxan Penya 7 görüşdə qapısını toxunulmaz saxlayıb.