"Qalatasaray" belçikalı gənc ulduzu hədəfləyib
"Qalatasaray" növbəti mövsümün hazırlıqlarını davam etdirir.
Sportline.az xəbər verir ki, istanbullular Leroy Sanenin transferinin ardınca daha bir neçə futbolçunun "ovuna çıxıblar".
Onlardan biri "Yuventus"un belçikalı futbolçusu Samel Mbanquladır.
"Takvim"də yayılan xəbərə görə, Türkiyə nəhəngi sol cinah oyunçusu üçün hərəkətə keçib.
Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 32 oyunda 4 qol, 5 asist müəllifi olub.