"Qalatasaray" "Beşiktaş"ın futbolçusuna "elçi düşdü"

Qış transfer pəncərəsində heyətini gücləndirməyi düşünən "Qalatasaray" "Beşiktaş"ın futbolçusu Gökhan Törənin xidmətində maraqlıdır. SportLine.az xəbər verir ki, bu barədə "Sporx" məlumat yayıb.

Xəbərə görə, son vaxtlar əvvəlki fotrmasından uzaq olan futbolçu ilə Şenol Günəş arasında münasibətlər qaydasında deyil. Mütəxəssis onu komandanın son məşqindən də kənarlaşdırıb.

Fatih Terim isə hücum xəttindəki boşluğu G.Törə ilə doldura biləcəyini düşünür. O, futbolçunun əvvəlki vəziyyətinə qayıdacağına inanır. Buna görə, "Beşiktaş"la razılıq əldə olunacağı təqdirdə, 26 yaşlı futbolçu "Qalatasaray"a keçəcək.

Qeyd edək ki, G.Törə ilə "Trabzonspor" və "Bursaspor" klubları da maraqlanır.