"Qalatasaray" cədvəldə "Fənərbağça"nı keçdi

Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Qalatasaray" səfərdə "Kasımpaşa"ya 3:0 hesabı ilə qalib gəlib.

Super Liqada turnir cədvəlinə 42 xalla "Sivasspor" başçılıq edir. "Trabzonspor" 41 xalla 2-ci yerdədir. 39 xalı olan "Qalatasaray" 5-cidir. "Fənərbağça" isə 6-cı pillədə qərarlaşıb.

"Kasımpaşa" - "Qalatasaray" - 0:3

Qollar: Meriah, 7 (avtoqol), Adəm Büyük, 22 (pen.), 41