"Qalatasaray" ciddi itki ilə üzləşib

Türkiyənin "Qalatasaray” klubu daha bir ciddi itki ilə üzləşib.

Sportline.az  xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Florin Andone "Qaziantep"ə 2:0 hesabı ilə qalib gəldikləri oyunda zədələnib.

26 yaşlı rumın hücumçu minimum 10-12 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Qalatasaray"da Andonedən başqa Radamel Falkao, Emre Akbaba, Şener Özbayraklı və Yunes Belhanda da zədədən əziyyət çəkir.