"Qalatasaray" da hərəkətə gəldi
"Qalatasaray" futbolçuları, koronavirus pandemiyasına görə ölkədə elan olunmuş karantin rejimi dövründə ilk məşqə çıxıb.
Sportline.az xəbər verir ki, komanda, bu gün öz bazasında hazırlığı bərpa edib.
Məşqə Fernando Muslera, Okan Koçuk, Markao, Marselo Saraççi və Florin Andone qatılıb.
Braziliyalı müdafiəçi Mariano isə zalda fərdi çalışıb.
Qeyd edək ki, Türkiyədə futbol yarışları martın 19-da dayandırılıb.