"Qalatasaray" dünya ulduzu ilə danışıq aparır

"Breşia”nın forvardı Mario Balotelli mövsümün sonunda komandasını dəyişə bilər.
 
Sportline.az xəbər verir ki, 29 yaşlı futbolçunun "Qalatasaray” və "Vasko da Qama” ilə danışıq apardığı bildirilir.
 
Qeyd edək ki, "Breşia"ya ötən ilin yayında azad agent qismində keçən Marionun, klubla 2 illik anlaşması var.
 
Afrika əsilli forvardın komandası yarımçıq dayandırılan A Seriyasının turnir cədvəlində sonuncu pillədədir.
 
Balotelli, 19 oyunda 5 qol vurub.