"Qalatasaray" futbolçusu ilə vidalaşdı

Rumıniyalı hücumçu Florin Andone Türkiyənin "Qalatasaray" klubundan ayrılıb.

Sportline.az xəbər verir ki, 27 yaşlı futbolçu "Instagram" hesabında bu barədə məlumat yayıb:

"Bu mövsüm keçirdiyim iki zədə ilə futbol ilini başa vurdum. Bu kluba gələrkən xəyallarını qurduğum qolları vurmadığım üçün çox üzgünəm. Oyunumu nümayiş etdirmədiyim üçün bir çox insanı üzdüyümü hiss edirəm. "Qalatasaray"da çox şey etməsəm də, bu formanı geyib, klubu təmsil etdiyim üçün qürur duyuram. Sevgisini göstərən azarkeşlərə təşəkkür edirəm".

Andone Türkiyə Super Liqasının 27-ci turunda "Rizəspor"la oyununda ağır zədə alıb.

"Qalatasaray" Rumıniya millisinin üzvünü 2019-cu ilin yayında İngiltərənin "Brayton" klubundan 1 illik icarəyə götürmüşdü. Andone 15 oyunda 3 qol vurub.