“Qalatasaray” ingiltərəli ulduzu transfer etmək qərarına gəlib
Ötən mövsümü "Çelsi"də icarə əsasında keçirən Ceydon Sanço "Qalatasaray"ın maraq dairəsinə düşüb.
Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, "Qalatasaray" Sanço üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb.
25 yaşlı sol cinah vingerinin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 28 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, C.Sanço ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 5 qol 10 asist müəllifi olub.