"Qalatasaray" "İnter"in ulduzuna göz qoydu

"İnter"in türkiyəli futbolçusu Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər.

Sportlinea.z insayder Yağız Sabuncuoğlunun məlumatına istinadən xəbər verir ki, "Qalatasaray" Hakanı transfer etməyi düşünür.

İstanbul 31 yaşlı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib. Lakin "İnter"in rəhbərliyi təcrübəli futbolçu üçün 35 milyon avro tələb edir.

Qeyd edək ki, Hakan Çalhanoğlu karyerası ərzində "İnter"lə yanaşı, PSV Manh, "Manheym", "Karlsruh", "Hamburq", "Bayer" və "Milan" kimi klubların şərəfini qoruyub.

O, ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 47 matçda 11 qol 8 məhsuldar ötürmə müəllifi olub.