"Qalatasaray" "Konyaspor"la bacara bilmədi

Türkiyə Superliqasının 30-cu turunda maraqlı nəticə qeydə alınıb.

Sportline.az xəbər verir ki, "Qalatasaray" qələbə ilə lider "Başakşəhər"ə çata bilərdi. Lakin, "Konyaspor"la səfər matçında qol vurulmayıb.

"Başakşəhər" 62 xalla lider, "Qalatasaray" isə 60 xalla 2-cidir. İlk üçlüyü 59 xalla "Beşiktaş" tamamlayır.