"Qalatasaray" "Mançester Siti"yə elçi düşüb

Leroy Sane transferini yekunlaşdıran "Qalatasaray" yeni futbolçunu heyətə cəlb etmək üçün hərəkətə keçib.

Sportline.az "Takvim" qəzetinə istinadən xəbər verir ki, "Qalatasaray" "Mançester Siti"dən ayrılacağı deyilən Bernardo Silvanı transfer etmək istəyir.

Məlumata görə, əvvəlcə Bernardo Silvanı təmənnasız olaraq heyətinə qatmaq istəyən "Qalatasaray", "Mançester Siti"nin müqaviləni ləğv etməyə razı olmamasından sonra planlarını dəyişib.

"Qalatasaray" Bernardo Silva üçün "Mançester Siti"yə 10 milyon avro təklif edib.

Qeyd edək ki, bundan əvvəl "Qalatasaray" “Bavariya” ilə müqaviləsi yekunlaşan Leroy Saneni transfer edib.